download bakcell application logo

Backcell
Backcell
Bakcell danışıq kartlarının qiymətində heç bir dəyişiklik etməyib
26.04.2012

Bakcell bildirir ki, Azərbaycanda Bakcell-in danışıq kartlarını təklif edən 10 000-dən artıq müstəqil satış nöqtəsi mövcuddur. Bu satıcılar danışıq kartlarını Bakcell-in distributer və ya vasitəçilərdən əldə edərək son istifadəçilərə satırlar. Bu cür satıcıların «Bakcell» şirkətinə heç bir aidiyyatı yoxdur. Bakcell müstəqil surətdə fəaliyyət göstərən satıcıların qiymət siyasətinə təsir etmək hüququna malik deyil. Qiymətlərin aydın və anlaşıqlı olması üçün Bakcell şirkəti  hər kartın dəyərini kartın üzərində qeyd edir.