Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Master Card ilə əməkdaşlıq çərçivəsində Hesab.az saytı vasitəsilə ödəniş həyata keçirən abunəçilər üçün xüsusi kampaniyaya start verir. İndi Bakcell abunəçiləri Master Card vasitəsilə hesab.az saytında onlayn ödənişlər edərkən əlavə BONUS dəqiqələr qazanacaqlar. Kampaniyanın qaydaları çox sadədir:
Onlayn ödəniş etmək üçün hesab.az səhifəsində “Master Card”ı seçin;
Ödənişdən əvvəl açılan sahəyə Bakcell nömrənizi daxil edin.
Daxil edilən nömrə CIN tarifində olduqda, bonus dəqiqələr avtomatik olaraq həmin nömrənin balansına yüklənilir. Əgər nömrə Klass və ya Gold tarifinə aiddirsə, bonus dəqiqələr 10 rəqəmli kod şəklində abunəçiyə göndərilir və həmin kod istənilən CIN nömrəsinə hədiyyə verilə bilər. Bonusu qazanmaq üçün CIN abunəçisi bu kodu 5555-ə göndərməlidir.
Onlayn ödənişin məbləğindən asılı olaraq bonus dəqiqələr müxtəlif olur.
Bakcell ödəmələri zamanı:
Məbləğ
Şəbəkədaxili Bonus dəqiqələr
5 - 9.99 manatadək
10 dəqiqə
10 - 14.99 manatadək
20 dəqiqə
15 - 19.99 manatadək
30 dəqiqə
20 - 24.99 manatadək
40 dəqiqə
25 - 29.99 manatadək
50 dəqiqə
30 - 34.99 manatadək
60 dəqiqə
35 - 39.99 manatadək
70 dəqiqə
40 - 44.99 manatadək
80 dəqiqə
45 - 49.99 manatadək
90 dəqiqə
50 manat və daha yüksək məbləğ üçün
100 dəqiqə
Qalan bütün xidmətlərin ödənişi zamanı (digər mobil operatorların ödəmələri istisna olmaqla):
Məbləğ
Şəbəkədaxili Bonus dəqiqələr
15 - 29.99 manatadək
10 dəqiqə
30 - 44.99 manatadək
20 dəqiqə
45 - 59.99 manatadək
30 dəqiqə
60 - 74.99 manatadək
40 dəqiqə
75 - 89.99 manatadək
50 dəqiqə
90 - 104.99 manatadək
60 dəqiqə
105 - 119.99 manatadək
70 dəqiqə
120 - 134.99 manatadək
80 dəqiqə
135 - 149.99 manatadək
90 dəqiqə
150 manat və daha yüksək məbləğ üçün
100 dəqiqə
Qeyd:
Bonus dəqiqələr yuklənilən andan 3 gün ərzində istifadə edilə bilər.
Bir ödəmə üçün əldə edilən bonus 100 dəqiqədən çox ola bilməz.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.