Bakcell tətbiqi

İndi yüklə!

Loading...
Loading...

eSIM üstünlükləri

/media/uploads/icons/WhatsApp_Image_2024-10-08_at_18.43.31.jpeg

Bir neçə nömrə istifadəsi

/media/uploads/icons/WhatsApp_Image_2024-10-08_at_18.43.31_aVxq9jx.jpeg

Dərhal aktivləşdirmə

/media/uploads/icons/WhatsApp_Image_2024-10-08_at_18.43.31_ODfH0cX.jpeg

Plastik SIM kartsız

eSIM aktivləşdirilməsi

Mobil telefon internetə qoşulmuş olmalıdır.

Phone image
Addım 1.
Əmin ol ki, cihazın WiFi şəbəkəsinə qoşulub.
Addım 2.
Parametrlər seç
Addım 3.
Bağlantılar seç
Addım 4.
SIM kart idarəedicisini seç
Addım 5.
Mobil plan əlavə et seç
Addım 6.
Operatorun kodunu skan et
Addım ŞİFRƏ İLƏ
SM-DP və Activation code daxil et

Sual-cavab

eSIM nədir?

eSIM smartfonlar üçün olan rəqəmsal SIM texnologiyasıdır. Bu texnologiya QR kodla aktivləşir, smartfonda eyni anda 2 nömrədən istifadəyə imkan yaradır.


Smartfonumun eSIM dəstəklədiyini necə öyrənə bilərəm?

Bunu öyrənmək üçün smartfonunda *#06#YES yığ. Əgər ekranda “EID” yazısı çıxırsa, smartfonun eSIM-i dəstəkləyir.


eSIM almaq/öz nömrəmi eSIM etmək haradan mümkündür?

Bunu günün istənilən vaxtı Bakcell tətbiqi və ya veb-saytdan etmək mümkündür. 

Bundan əlavə, şəxsiyyət vəsiqənlə Bakcell Müştəri Xidmətləri Mərkəzlərinə və ya rəsmi diler mərkəzlərinə yaxınlaşa bilərsən. Korporativ abunəçilər isə çalışdığı şirkətin kuratoruna müraciət edə bilər.

iPhone modellərində iki nömrədən eyni anda necə istifadə etmək olar?

Bakcell-dən eSIM alaraq və ya öz nömrəni eSIM edərək eyni anda 2 nömrədən istifadə edə bilərsən. Bunu günün istənilən vaxtında Bakcell tətbiqi və ya veb-saytdan etmək mümkündür.


eSIM ilə zəng etmək, SMS göndərmək/qəbul etmək, internetə daxil olmaq mümkündür?

Bəli, eSIM adi SIM ilə eyni funksiyaları yerinə yetirir. Yəni zəng, SMS və internet daxil olmaqla bütün mobil xidmətlərdən eyni qaydada istifadə edə bilərsən. eSIM ilə həm də 2 nömrədən eyni anda istifadə edə bilərsən.

eSIM ilə adi SIM kartın fərqi nədir?

eSIM fiziki deyil, tamamilə rəqəmsaldır. Nömrə QR vasitəsilə birbaşa cihaz üzərindən aktivləşdirilir. Funksionallıq baxımından isə heç bir fərq yoxdur. Zəng, SMS və internet daxil olmaqla bütün mobil xidmətlər eSIM-də də eyni şəkildə işləyir.

eSIM nömrəmi digər smartfonda istifadə edə bilərəm?

Bəli. Ancaq bir nömrədən eyni anda bir neçə smartfonda istifadə mümkün deyil. Bunun üçün mövcud cihazdan eSIM-i silib sənə təqdim olunan QR kodu yeni cihazda oxutmalısan. Bu proses üçün hər hansı vaxt limiti yoxdur, lakin QR kodu maksimum 5 dəfə oxutmaq olar. 

Smartfonumu itirsəm, eSIM-i necə başqa smartfonda aktivləşdirə bilərəm?

Bunun üçün Bakcell Müştəri Xidmətləri Mərkəzinə yaxınlaşıb yeni dublikat almaq lazımdır.

Bir neçə eSIM sifariş etmək mümkündürmü?

Bəli, il ərzində 10-a qədər eSIM nömrə əldə edə bilərən. eSIM-i dəstəkləyən istənilən uyğun cihazda bu nömrələri aktivləşdirmək mümkündür. 

Bir cihazda maksimum neçə eSIM nömrə istifadə edə bilərəm?

eSIM ilə 1 smartfonda eyni anda 2 nömrədən istifadə etmək mümkündür. Eyni cihazda istifadə edilə bilən maksimum eSIM sayı isə smartfonun modeli və istehsalçıdan asılı olaraq dəyişir.

eSIM QR kodu üçün verilən limiti keçsəm, nə etməliyəm?

QR kodu maksimum 5 dəfə istifadə etmək olar. Bu limit dolduqda yeni QR kod lazımdır. Yeni QR kodu Bakcell Müştəri Xidmətləri Mərkəzlərində və dilerlərdən almaq mümkündür. Öz nömrəni eSIM etmək (yeni QR kod) üçün ödəniş: 7 AZN.

eSIM-i təsadüfən sildikdən sonra onu necə bərpa etmək olar?

Mövcud QR kod vasitəsilə onu yenidən smartfonda bərpa edə bilərsən. Eyni QR koddan maksimum 5 dəfə istifadə etmək mümkündür. Aktiv QR kod artıq yoxdursa, yenisini əldə etmək üçün Müştəri Xidmətləri və ya rəsmi dilerlərə müraciət et.

eSIM-i aktivləşdirən zaman çətinlik yaranarsa nə etmək olar?

Addımların düzgün icra olunduğundan əmin ol və internet bağlantını yoxla. Əgər QR kodla aktivləşdirmə mümkün deyilsə, hər bir QR-ı əmələ gətirən unikal LPA kodun üçün Müştəri Xidmətləri ilə əlaqə saxla.

eSIM-dən istifadə üçün internet bağlantısı vacibdirmi?

İnternet bağlantısı yalnız eSIM-i aktivləşdirərkən və ya silərkən lazımdır. Nömrəndən istifadə zamanı internet tələb etməyən xidmətlərdə ehtiyac yoxdur.

Öz nömrəmi eSIM-ə keçirdikdə cari paket və xidmətlər qorunurmu?

Bəli, eSIM ilə nömrəndə aktiv olan bütün tariflər, xidmətlər, dəqiqələr və internet paketləri olduğu kimi saxlanılır.

Xarici vətəndaşlar eSIM əldə edə bilərmi?

Bəli. Amma xarici vətəndaşlarda FİN kod fərqli olduğu üçün yalnız Bakcell Müştəri Xidmət Mərkəzlərində eSIM əldə edə bilərlər.

Bakcell nömrəmi və ya data nömrəmi eSIM formatına keçirmək mümkündürmü?

Bəli. Bunu Bakcell veb-saytı və ya tətbiqi üzərindən edə bilərsən. Bundan əlavə, şəxsiyyət vəsiqənlə birlikdə Bakcell Müştəri Xidmətləri Mərkəzlərinə və ya rəsmi dilerlərə yaxınlaşa bilərsən. Öz nömrəni eSIM etdikdən sonra isə fiziki SIM kartın ləğv olunur. Əməliyyat üzrə ödəniş: 7 AZN.