Business nömrəsini necə əldə etmək olar?
- Əgər şirkətiniz bizim korporativ tərəfdaşımızdırsa, şirkətinizin kuratoruna yaxınlaşmalısınız.
- Dövlət qulluqçususunuzsa, şəxsiyyət vəsiqənizlə və xidməti vəsiqənizlə birlikdə bizim Xidmət Mərkəzlərimizdən birinə yaxınlaşmalısınız.
- Business nömrəsini, sadəcə şəxsiyyət vəsiqəsi gətirərək (fərdi abunəçi kimi) əldə etmək istəyirsinizsə Xidmət Mərkəzlərimizdən birinə yaxınlaşa bilərsiniz ki, burada sizə tariflərdən biri təklif olunacaq.
Korporativ müştəri olmaq və şirkətlər üçün Business nömrələrini əldə etmək üçün nə etmək lazımdır?
Bunun üçün bir sıra sənədlər təqdim etmək lazımdır:
- Şirkətin Nizamnaməsinin surəti (təşkilatın orijinalla eyni möhürü ilə birlikdə).
- Hüquqi şəxsin qeydiyyatdan keçdiyini təsdiq edən və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti.
- Vergilər Nazirliyi tərəfindən vergi ödəyən şəxsə identifikasiya nömrəsinin verilməsi haqqında VÖEN xəbərdarlığı (təşkilatın möhürlü və ‘əsli ilə eyni olan’ surəti).
- Təşkilatın rəhbərinin vəzifəyə keçməsi haqqında əmrin ((Əmr № 1) surəti şirkətə aid blankda və təşkilatın möhürü ilə.)).
- Təşkilat rəhbərinin pasportunun surəti.
- Bank rekvizitləri.