Bakcell abunəçilərinin nəzərinə!

20.04.2022

Bakcell şirkətinin korporativ abunəçilərinin nəzərinə. 1 may 2022-ci il tarixindən etibarən korporativ müştərilər üçün nəzərdə tutulmuş bir sıra tariflərə (Business Freedom, Business State, Socar 1, Government, Strategic +, Strategic Organizations) 3 AZN məbləğində aylıq abunə haqqı tətbiq ediləcək. Aylıq 3 AZN abunə haqqı müqabilində bonus olaraq 60 ölkədaxili dəqiqə və 60 MB istifadə imkanı təqdim olunacaq. Daha ətraflı məlumat almaq üçün korporativ müştərilər öz müvafiq kuratorları ilə əlaqə saxlaya bilər.