Loading...
Loading...

Bakcell abunəçilərinin nəzərinə

14.10.2024

“Bakcell” şirkəti öz abunəçilərinin nəzərinə çatdırır ki, 01.11.2024-cü il tarixindən etibarən aşağıda qeyd olunan gündəlik tariflərdə bəzi dəyişikliklər olacaq:

• "SevimliCIN" tarifində abunəçilərə gündəlik şəbəkədaxili 100 dəqiqə və 250 MB həcmində internet təqdim ediləcək. Sözügedən tariflərin qiyməti gündəlik 0.29 AZN təşkil edəcək.

• "DoğmaCIN" tarifində abunəçilərə gündəlik şəbəkədaxili 100 dəqiqə və 250 MB həcmində internet təqdim olunacaq. Tarifin qiyməti gündəlik 0.29 AZN təşkil edəcək.

Qeydlər:

• Tarif daxili bonusların istifadə müddəti günün sonuna qədərdir. Günün sonunda istifadə olunmamış MB və dəqiqələr silinəcək və tarif avtomatik yenilənəcək. 

• Gündəlik xidmət haqqının ödənilməsi üçün balansda kifayət qədər vəsait olmadıqda tarif deaktiv edilməyəcək, balans yenidən artıranda gündəlik xidmət haqqı tutulacaq.

• Əgər abunəçi yuxarıda qeyd olunan tariflərdən başqa bir tarifə keçid edərsə, mövcud MB və dəqiqələr balansdan silinəcək.

• Tariflər çərçivəsində təqdim edilən internet və dəqiqələr bitdikdə, xidmətlərdən istifadə haqqı üçün hesablanma cari tarifin şərtlərinə uyğun olaraq aparılacaqdır.