+
In order to activate the undefined tariff, undefined AZN will be deducted from your number's balance.
Congratulations
The operation completed successfully
Top up balance
Transfer amount
₼
Congratulations
The operation completed successfully
Bakcell “Spark @ LANDAU” proqramının innovasiya tərəfdaşıdır
İnnovasiya lideri
Bakcell gənclərin innovasiya və texnologiya sahəsində inkişafını dəstəkləmək məqsədilə
LANDAU məktəbinin “Spark
@ LANDAU” proqramına innovasiya tərəfdaşı kimi qoşulub.
“Spark @ LANDAU”, məktəbin
8–11-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş startap və innovasiya
proqramıdır. Proqram şagirdlərin ideyalarını real biznes mühitində
formalaşdıraraq təşəbbüskarlıq bacarıqlarını praktik şəkildə inkişaf etdirir.
Proqramın əsas
istiqamətlərindən biri olan “Təhsildə süni intellekt” təşəbbüsü çərçivəsində
iştirakçılar təhsil sahəsinə yönəlmiş süni intellekt əsaslı layihələr
hazırlayıblar. Final tədbirində ümumilikdə 19 komanda öz startap layihələrini təqdim
edib. Təqdimatların nəticələrinə əsasən, münsiflər heyəti tərəfindən ən uğurlu
3 komanda qalib seçilib.
Tədbirdə çıxış edən
Bakcell-in ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru
Aysel Süleymanova “Spark @ LANDAU” proqramının gənclərin innovasiya ekosisteminə
erkən inteqrasiyasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə,
proqram şagirdlərə ideyalarını məhsula çevirmək və təqdim etmək bacarıqları
qazandırır. Süleymanova, həmçinin, Bakcell-in süni intellekt və innovasiya təşəbbüsləri
ilə bu istiqamətdə dəstəyi davam etdirdiyini vurğulayıb.
Bakcell süni
intellekt və rəqəmsal həllər sahəsində həyata keçirdiyi təşəbbüslərlə ölkədə
innovasiya ekosisteminin formalaşmasında aktiv rol oynayır. Şirkət gənclərin
texnologiya və startap mühitinə erkən inteqrasiyasını dəstəkləməklə, real təsir
yaradan ideyaların inkişafına və gələcək nəsil innovatorların yetişməsinə töhfə
verir.
Bakcell haqqında
Bakcell Azərbaycanın
ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan
çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin
edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından
biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın
dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə
telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət
göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə
daxildir.