“YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə Novruz sovqatlarının paylanılması təşəbbüsünə Bakcell şirkəti də qoşulub.
Layihə çərçivəsində tərəfdaş təşkilatların dəstəyi ilə hazırlanmış bayram sovqatlarından ibarət qutuların şəhid ailələri və yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə çatdırılması nəzərdə tutulur.
Məqsəd müvafiq kateqoriyadan olan şəxslərin daim, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasıdır.
“YAŞAT" Fondu şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin müraciətlərini diqqət mərkəzində saxlayır, onların müxtəlif ehtiyaclarının qarşılanması üzrə işləri davam etdirir.
Qeyd edək ki, “Bakcell”in daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər “YAŞAT” Fonduna ümumilikdə 1,2 milyon manat məbləğində vəsait köçürüblər.
Həmçinin, Bakcell şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək göstərmək istəyən abunəçilərinə “YAŞAT” fonduna öz balanslarından ianə etmək fürsəti təqdim edib. YAŞAT fonduna edilən ianə üçün göndərilən SMS tamamilə pulsuzdur.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
{gallery}/uploads/yashat1.jpg/uploads/yashat2.jpg{/gallery}