download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Error

    Səməd Vurğunun “Vaqif” tamaşası xüsusi qayğıya ehtiyacı olan uşaqlar tərəfindən canlandırılıb
    23.04.2014

    Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqlar 3 dekabr əlilər günü ilə bağlı öz bacarıqlarını nümayiş etdiriblər. Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Gəncə İcma əsaslı Reabritasiya Mərkəzinin təşkil etdiyi tədbir Əhalinin sosial Müdafiə Nazirliyi və Bakcell-in maliyyə dəstəyi ilə həyata keçirilib. Gəncə Dövlət Dram Teatrında keçirilən tədbirdə UAFA-nın Gəncə İcma əsaslı Reabritasiya Mərkəzindən bəhrələnən uşaqlarla yanaşı, Gəncə Uşaq evinin uşaqları da çıxış ediblər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif şerlər, rəqslər ifa etməklə yanaşı Səməd Vurğunun “Vaqif” pyesindən bir parçanı da canlandırıblar. Tamaşanın rejissoru isə   Respublikanın əməkdar artisti Faiq Qasımovdur. Həmçinin  UAFA –nın Gəncə Mərkəzinin idman müəllimi  AR Əməkdar məşqçisi Natiq Əliyevin tələbələri,  Avropa çempionları Əli və Nurlan Babacanov qardaşları və Respublika çempionu Namaz Namazovun təqdim etdiyi idman nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.