İndi yüklə!
undefined tarifinin aktivləşdirilməsi üçün nömrənizin balansından undefined AZN çıxılacaq
Əməliyyat uğurla başa çatdı
₼
Əməliyyat uğurla başa çatdı
“Mən qayıtdım” xidməti zəng çatmayan Bakcell abunəçiləri ilə əlaqə saxlamaq istəyənlərə həmin abunəçilərin şəbəkəyə geri qayıtması barədə məlumat verir. Zəng etdiyiniz Bakcell abunəçisi şəbəkəyə qoşulduqda, bu xidmət abunəçi şəbəkədə olmayan zaman ona zəng edən bütün Bakcell abunəçilərinə SMS xəbərdarlıq göndərir.
Aktivləşdirmə
“Mən qayıtdım” xidməti “Sənə zəng etmişdim: Zəng çatmır” xidmətini aktivləşdirmiş bütün abunəçilər üçün avtomatik aktivləşdiriləcək. Bu zaman:
“Sənə zəng etmişdim: Zəng çatmır” xidmətini aktivləşdirən bütün yeni abunəçilər üçün “Mən qayıtdım” xidməti avtomatik olaraq aktivləşdiriləcək. Əgər abunəçi “Sənə zəng etmişdim” xidmətini deaktivləşdirərsə, “Mən qayıtdım” xidməti də avtomatik deaktivasiya ediləcək.
Abunəçilər *159#552# yığmaqla şəbəkəyə qayıtmaları barədə xəbərdarlığın digər abunəçilərə göndərilməsini deaktivasiya edə bilərlər.
Eynilə *159#552# yığmaqla xidməti yenidən aktivləşdirmək olar.
Xidmətin xəbərdarlıqları
Abunəçilər zəng etdikləri şəxsin şəbəkəyə qayıtması barədə SMS xəbərdarlıqları alarkən, zəng etdikləri şəxsin _nömrəsi_ SMS mesajın “kimdən” bölməsində görünəcək. Bu zəng olunan şəxsin nömrəsinin abunəçinin telefon kitabçasında olan nömrə ilə tutuşdurulmasını asanlaşdırır və “SMS göndərənə zəng et” funksiyası vasitəsilə həmin şəxsə zəng etmək imkanı verir.
Əlavə komandalar
Xidmət haqqı