Paketlərin istifadə müddəti günün sonuna qədərdir. İstifadə müddəti bitəndə, paketlər avtomatik olaraq yenilənirlər.
Gündəlik xidmət haqqının ödənilməsi üçün balansınızda kifayət qədər vəsait olmadıqda İnternet paketiniz silinməyəcək, və balansınızı yenidən artıranda gündəlik xidmət haqqı tutulacaq.
Əgər abunəçi hər hansı aktiv İnternet paketini deaktivasiya edərsə və ya digər paket aktivləşdirərsə, qalmış trafik paketin istifadə müddəti bitənə kimi istifadə edilə bilər.
İnternet paketin meqabaytları və ya müddəti bitsə də, internet kəsilməyəcək və siz tarifinizə uyğun xidmət haqqı ilə internetdən istifadə edəcəksiniz.
Klass tarifində əlavə internet paketi əldə etdiyiniz zaman, əvvəlcə tarifin təqdim etdiyi bonuslardan istifadə olunacaq.
"Mənim saatım" paketi üçün
Mənim Saatım
internet paketinin istifadə müddəti 1 saatdır;
Paketi gün ərzində yalnız bir dəfə, saat 01:00-dan 19:00-a qədər əldə etmək mümkündür;
Digər cihazların Wi-Fi Hotspot ilə qoşularaq bu paketdən istifadə etməsi mümkün deyil;
Paketin vaxtı bitdikdən sonra, internetdən istifadə üçün trafik sizin balansınızdakı internet paketindən
çıxılacaq yaxud xidmət haqqı tarifinizə müvafiq olaraq balansınızdakı vəsaitdən çıxılacaq.
Əgər abunəçi Mənim saatım paketinin müddəti bitməmiş hər hansı digər paket aktivləşdirərsə, həmin
paketi yalnız Mənim saatım paketinin müddəti bitəndən sonra istifadə edə biləcək.
Paketdə yükləmə sürəti maksimum 4 Mb/s, endirmə sürəti isə, maksimum 1 Mb/s təşkil edir.