Bakcell şirkəti, 1994-cü idən Azərbaycanda fəaliyyət göstərir və ölkənin qeyri-neft sektorunun ən iri sərmayəçisinə çevrilmişdir.
Bakcell geniş rouminq tərəfdaşları və çeşidli rouminq təklifləri ilə abunəçilərinin istənilən kommunikasiya tələblərini üstün dərəcəli keyfiyyətlə təmin edir. Bizim peşəkar əməkdaşlarımız şirkətləri, dövlət qurumlarını və təşkilatları mobil rabitə sahəsində yüksək səviyyədə və individual qaydada dəstəkləyirlər. Biz şirkətlərə, onların əməkdaşlarına təhlükəsiz və etibarlı rabitə təqdim etməklə, daha effektiv fəaliyyət göstərməyə, əməkdaşlıq etməyə və müştəriləri ilə sıx əlaqədə olmağa yardım edirik.
İstənilən hüquqi şəxs nömrəsini Bakcell şəbəkəsinə qoşmaqla bizim korporativ müştərimiz ola bilər. Şirkətin böyüklüyündən asılı olmayaraq hər bir korporativ müştərimiz təqdim etdiyimiz üstünlüklərdən və imtiyazlardan faydalana bilər.
36%
Telekommunikasiya bazarına malik