download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    XİDMƏTLƏR
    Hamısı sizin rahatlığınız üçün
    QR Kod

    QR kod nədir?


    QR-kod (ingiliscə quick response – çevik cavab) – iki ölçülü ştrixkoddur. Bu ştrixkod daxilində simvollardan (rəqəm və xüsusi simvollar) ibarət olan müxtəlif məlumat şifrələnir. Bir QR kod 7089 rəqəm və ya 4296 hərfdən ibarət ola bilər.


    QR kodlar nə üçün istifadə olunur?


    QR kodlarına internet səhifələrində, reklam məlumatlarında, məhsullarda, vizit kartlarında və s. yerlərdə rast gəlmək olar. Böyük həcmin köməkliyi ilə məhsulun istehsal yeri və tarixi, istifadəsinə dair tövsiyyələr, əks əlaqə üçün istehsalçının rekvizitləri və s. məlumatları şifrələnmiş halda yerləşdirmək olur.


    QR kodunu necə oxumaq olar?


    QR kodunda şifrələnmiş məlumatı oxumaq üçün xüsusi mobil telefon və smartfonlar üçün applikasiyalar hazırlanıb. Həmin applikasiyalar quraşdırılmış kamera vasitəsilə QR kodunu oxumaq imkanını verir.

    Məlumatın oxunmasından sonra, QR kodunun tərkibindən asılı olaraq mobil cihaz müvafiq əməliyyatı yerinə yetirəcəkdir:

    - əgər şifrədə veb səhifəsinin ünvanı qeyd edilibsə, həmin səhifə brauzerdə açılacaq;

    - əgər şifrədə elektron vizit kart qeyd edilibsə, o zaman telefon kitabçasına yeni abunəçi əlavə ediləcək;

    - əgər şifrədə adi mətn qeyd edilibsə (məsələn məhsul haqqında məlumat), o zaman həmin mətn ekranda göstəriləcək.