Lotar Haynrix Andreas Pauli

Lotar Haynrix Andreas Pauli
Bakcell şirkətinin Direktorlar Şurasının üzvü

Lotar Haynrix Andreas Pauli telekommunikasiya və texnologiya sahəsində 33 illik təcrübəyə malikdir, bir sıra beynəlxalq şirkətlər və özəl qurumlarda yüksək rəhbər vəzifələrdə çalışıb.

Cənab Pauli hazırda NEQSOL Holding-in telekommunikasiya qrupu olan Bakcell şirkətinin Direktorlar Şurasının üzvüdür.

O, həmçinin telekommunikasiya, telekommunikasiya mühəndisliyi, elektromexanika xidmətləri və sair sahələrdə fəaliyyət göstərən Almaniyanın SHS Viveon AG şirkətində və Mobiserve Holding-də Direktorlar Şurasının sədri, B2X Corp və German Telekom Services Europe GmbH şirkətlərində isə Direktorlar Şurasının üzvü vəzifələrini icra edir.

Bundan öncə isə, o, beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə, o cümlədən Siemens Communications, Siemens Mobile Networks və T-Systems şirkətlərində Baş icraçı direktor vəzifələrində çalışıb.

Cənab Pauli Münhen Lüdviq-Maksimilian Universitetinin məzunudur.