+
Для активации тарифа undefined с вашего номера будет списано undefined AZN.
Поздравляю
Операция успешно завершена

Oшибка
Пополнение баланса
Сумма для перевода
₼
Oшибка
Операция не удалась.
Поздравляю
Операция успешно завершена
Bakcell şirkəti öz abunəçilərinin nəzərinə çatdırır ki, 25.04.2023-cü il tarixindən etibarən bir sıra köhnə tariflər ləğv edilir. Həmin tarixə qədər tarifini dəyişməyən abunəçilərin nömrələrində aşağıdakı qaydada digər tariflər aktivləşdiriləcək:
- Belə ki, Özəl tarif, QoşaCIN və SevinCIN tariflərindən istifadə edən abunəçilərin nömrələrində ƏlaSaat tarifi aktivləşdiriləcək.
CIN 5, Klass M, Klass XL yeni, Klass XL Fakturalı 2017, ƏlaGÜN, ƏlaAY tariflərindən istifadə edən abunəçilərin nömrələrində 31 may 2023 tarixinədək analoji aylıq abunə haqqı olan aşağıdakı tariflər aktivləşdiriləcək:
Əvvəlki tarif | Aktivləşdirilən tarif |
CIN5 | Klass 5 |
Klass XL Fakturalı 2017 | Klass 10 Fakturalı |
Klass XL yeni | Klass 10 |
Klass M | Klass 5 |
ƏlaGün | Klass 15 |
ƏlaAy | Klass 15 |
Həmçinin, 20.04.2023-cü il tarixindən etibarən Əlaay, Əlagün və CİN 5 tariflərinin aktivləşdirilməsi mümkün olmayacaq.
Korporativ seqmentə aid Business, AFFA, Business State, Business 25 plus, Min Bill, Weekends Free, TM Business State 1, TM Business State 3 tariflərindən istifadə edən abunəçilərin nömrələrində analoji aylıq abunə haqqı olan aşağıdakı tariflər aktivləşdiriləcək:
|
Bakcell şirkətinin təqdim etdiyi sərfəli tariflər barədə ətraflı məlumat https://www.bakcell.com/tariffs səhifəsində təqdim olunub. Biznes tarifləri barədə ətraflı məlumat üçün isə https://www.bakcell.com/business səhifəsinə keçid edin.