download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Oшибка

    Oшибка

    Операция не удалась.
    Loading...
    Məktəblilərin didaktik kukla tamaşaları yeni istedadların üzə çıxmasına təkan verir
    08.08.2011

    Bakı, 6 avqust (AzərTAc). “Uşaqların xilası” humanitar təşkilatının (“Save the Children”) və “Bakcell”in gerçəkləşdirdikləri “Sağlam təşəbbüslər” layihəsinin ilkin nəticəsi açıqlanmışdır. Təşkilatın Azərbaycandakı nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, layihə uşaqları dram sənətinin tədrisinə, onların öz dünyalarını yenidən kəşf etməsinə, eyni zamanda, duyğu və düşüncələrini ifadə etməyə geniş imkanlar yaradır. “Save the children” mütəxəssis aktyor heyəti ilə respublikanın 20 rayonunda məktəblərdə ustad dərsləri, təlimlər keçmişdir. Didaktik kukla tamaşalarının təşkilinin əsas məqsədi uşaqların həyatına müsbət dəyişiklikləri interaktiv üsullarla çatdırmaqdır. Bundan əlavə, layihədə iştirak edən aktyorlar məktəblərdə uşaqların iştirakı ilə səhnəciklər hazırlamağa kömək etmişlər. Layihə çərçivəsində istedadlı uşaqlar da üzə çıxarılmışdır. Yay mövsümündə icrasına fasilə verilən layihə sentyabrdan davam etdiriləcəkdir. Layihənin növbəti mərhələsində rayonlararası müsabiqənin təşkili nəzərdə tutulmuşdur. Müsabiqələrdə uşaqların özləri tərəfindən hazırlanmış tamaşalar nümayiş etdiriləcəkdir. Hər bölgə üzrə qalib olan 5 məktəbin Bakıda çıxışı təşkil olunacaqdır.