Bakcell tətbiqi
İndi yüklə!
+
tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından AZN çıxılacaq
Təbriklər
Əməliyyat uğurla başa çatdı
Balans artırılması
Köçürüləcək məbləğ
₼
Təbriklər
Əməliyyat uğurla başa çatdı
“Bakcell Çarx" kampaniyası üzrə İstifadə Şərtləri və Qaydaları
(“Şərtlər və Qaydalar”)
Giriş və ümumi müddəalar
1.1. Bu Şərtlər və Qaydalar “Bakcell Çarx” kampaniyasında (“Kampaniya”) iştirak, VIP Çarxdan istifadə, ödənişlərin həyata keçirilməsi, mükafatların təqdim edilməsi, habelə Kampaniya iştirakçılarının və “Bakcell” MMC-nin (“Bakcell”) hüquq və öhdəliklərini tənzimləyir.
1.2. Kampaniya Bakcell-in mobil tətbiqi üzərindən təqdim edilən oyun mexanizmi əsasında həyata keçirilir.
1.3. Kampaniya çərçivəsində mövcud Çarx mexanizmi dəyişdirilmədən saxlanılır və həmin mexanizmə əlavə olaraq VIP Çarx funksiyası inteqrasiya edilir. Eyni zamanda, mövcud mükafat hovuzu genişləndirilərək, mənzil, elektronika, aviabiletlər və digər mükafatlar daxil olmaqla yeni mükafatlar əlavə edilir.
1.4. Bakcell Kampaniyanın mexanizmini, istifadə qaydalarını, qiymətləri, cəhdlərin sayını, mükafatların siyahısını və digər şərtləri qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişdirmək hüququnu özündə saxlayır.
1.5. Bu Şərtlər və Qaydalara edilmiş dəyişikliklər Bakcell-in rəsmi internet səhifəsində, mobil tətbiqdə və/və ya digər rəsmi kommunikasiya vasitələri ilə istifadəçilərin nəzərinə çatdırılır.
1.6. Kampaniyanın qüvvədə olma müddəti 23 sentyabr 2026-cı il tarixindən başlayır və Bakcell tərəfindən dayandırıldığı və ya başa çatdırıldığı tarixədək davam edir.
2. Uyğunluq meyarları
2.1. Kampaniyada yalnız 18 yaşı tamam olmuş fiziki şəxslər iştirak edə bilər.
2.2. Kampaniyada iştirak üçün istifadəçinin Bakcell abunəçisi olması və Kampaniyanın təqdim edildiyi müvafiq rəqəmsal platformaya çıxış imkanının olması tələb olunur.
2.3. İstifadəçi Kampaniyada yalnız öz adına olan hesabdan və/və ya mobil nömrədən istifadə edə bilər.
2.4. Bakcell Kampaniyada iştirak etmək hüququnun müəyyən edilməsi məqsədilə istifadəçinin uyğunluğunu yoxlamaq hüququna malikdir.
2.5. Bu Şərtlər və Qaydaların tələblərinin pozulması saxtakarlıq və ya Kampaniyanın mexanizminə müdaxilə cəhdləri iştirakın məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb ola bilər.
3. Adi və VIP Çarxdan istifadə
3.1. Adi çarxdan bir dəfə istifadə haqqı 0.49 AZN təşkil edir.
3.2. İstifadəçinin adi çarxdan 2 (iki) dəfə istifadəsi ona VIP Çarxdan 1 (bir) dəfə istifadə etmək hüququ verir. Hər bir növbəti VIP Çarxdan istifadə hüququnun əldə edilməsi üçün istifadəçinin yenidən adi çarxdan 2 (iki) dəfə istifadə etməsi tələb olunur.
3.3. VIP Çarxdan bir dəfə istifadə haqqı 0.99 AZN təşkil edir.
3.4. İstifadəçi adi çarxdan bir təqvim günü ərzində ən çox 10 (on) dəfə, VIP Çarxdan isə ən çox 5 (beş) dəfə istifadə edə bilər.
3.5. VIP Çarxdan istifadə istifadəçinin seçimindən asılıdır və VIP Çarxdan istifadə imkanının yaranması istifadəçi üçün həmin funksiyadan istifadəyə və ya müvafiq ödənişin həyata keçirilməsinə dair hər hansı öhdəlik yaratmır.
3.6. VIP Çarxdan istifadə yalnız istifadəçi tərəfindən müvafiq ödəniş təsdiq edildikdən sonra həyata keçirilir.
3.7. İstifadəçinin iki adi çarxdan və bir VIP Çarxdan istifadə etməsi nəticəsində həmin oyun gedişi çərçivəsində istifadəçiyə ümumilikdə üç mükafat təqdim edilir.
3.8. Adi çarx və VIP Çarx üzrə nəticə müvafiq çarxdan istifadə başa çatdıqdan sonra istifadəçiyə təqdim olunur.
3.9. Çarxların istifadəsi, ödənişlərin həyata keçirilməsi, VIP Çarxdan istifadə imkanının yaranması və istifadə olunan cəhdlərin sayı sistemdə qeydə alına bilər.
4. VIP Çarxda mükafatlar
4.1. Kampaniya çərçivəsində aşağıdakı mükafatlar təqdim olunur:
4.1.1. “Sea Breeze Park Lane” yaşayış kompleksində mənzil;
4.1.2. iPhone 17;
4.1.3. İstanbul istiqamətində gediş-dönüş aviabiletləri;
4.1.4. Smart saat;
4.1.5. Qulaqlıq Honor Choice Earbuds;
4.1.6. Planşet;
4.1.7. TCL markalı televizor;
4.1.8. 1 GB, 2 GB, 5 GB və 20 GB həcmində internet paketləri.
4.2. Konkret mükafat müvafiq Çarxın nəticəsinə uyğun olaraq sistem tərəfindən müəyyən edilir.
4.3. Mükafatların sayı və çeşidi məhdud ola bilər və onların təqdim edilməsi müvafiq mükafatın mövcudluğundan asılıdır. Məhsul formasında olan mükafatlar üzrə konkret məhsulun təqdim edilməsi onun mövcudluğu nəzərə alınmaqla həyata keçirilir.
4.4. Mükafatın təqdim edilməsi məqsədilə istifadəçidən şəxsiyyətini təsdiq edən sənədin, əlaqə məlumatlarının və digər zəruri məlumatların təqdim edilməsi tələb oluna bilər.
4.5. İstifadəçi tərəfindən təqdim edilmiş məlumatların yanlış, natamam və ya saxta olduğu müəyyən edildikdə və ya istifadəçinin Kampaniyanın şərtlərinə uyğunluğu təsdiq edilmədikdə, Bakcell müvafiq mükafatın təqdim edilməsindən imtina etmək hüququna malikdir.
4.6. Qanunvericilikdə başqa hal nəzərdə tutulmadıqda və bu Şərtlər və Qaydalarla ayrıca nəzərdə tutulmuş hallar istisna olmaqla, mükafat pul vəsaiti ilə əvəz edilə və ya digər mükafatla dəyişdirilə bilməz.
5. Sea Breeze mənzilinə dair xüsusi şərtlər
5.1. Kampaniya çərçivəsində təqdim edilən mənzil “Sea Breeze Park Lane” yaşayış kompleksindən təqdim edilir və mənzilin ümumi sahəsi 43,9 m2 təşkil edir.
5.2. Mənzil təmirsiz vəziyyətdə təqdim edilir.
5.3. Mənzilin 2028-ci ildə təhvil verilməsi nəzərdə tutulur.
5.4. Mənzilin qalib şəxsə təqdim edilməsi ilə bağlı hüquq və öhdəliklər qalib şəxs ilə mənzili təqdim edən şirkət arasında bağlanacaq müvafiq müqavilə ilə müəyyən edilir.
5.5. Qalib şəxs ilə mənzili təqdim edən şirkət arasında müvafiq müqavilə bağlandıqdan sonra həmin müqavilədən irəli gələn hüquq və öhdəliklər müqavilənin tərəfləri arasında müəyyən edilir. Bakcell həmin müqavilənin tərəfi deyil və həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına görə məsuliyyət daşımır.
5.6. Bakcell mənzilin tikintisi, təhvil verilməsi və təhvil müddətinə, o cümlədən mənzilin gec təhvil verilməsinə, mənzilin faktiki vəziyyətinə, keyfiyyətinə, texniki və digər xüsusiyyətlərinə və mənzilin təhvil verilməsi zamanı yarana biləcək hər hansı problem, çatışmazlıq və ya gecikməyə görə məsuliyyət daşımır.
5.7. Mənzillə bağlı qalib şəxs ilə mənzili təqdim edən şirkət arasında bağlanmış müqavilədən irəli gələn hər hansı tələb, mübahisə və ya digər məsələ birbaşa həmin müqavilənin tərəfləri arasında həll edilir.
5.8. Bakcell Kampaniyanın reklamı, tanıtımı və ictimaiyyətə təqdim edilməsi məqsədilə qalib şəxsin, habelə mükafat qismində təqdim edilən mənzilin foto, video və digər görüntülərini çəkə və həmin materiallardan qanunvericiliyin tələblərinə uyğun olaraq istifadə edə bilər.
6. Digər mükafatların xüsusiyyətləri
6.1. iPhone 17 Pro.
6.1.1. Model: iPhone 17 Pro;
6.1.2. Yaddaş tutumu: 256 GB;
6.1.3. Mükafatın digər texniki və funksional xüsusiyyətləri istehsalçı tərəfindən müəyyən edilir.
6.2. İstanbul istiqamətində gediş-dönüş aviabiletləri.
6.2.1. Biletlər Azərbaycan Hava Yolları (AZAL) tərəfindən təqdim olunur.
6.2.2. İstanbul istiqamətində gediş-dönüş aviabilet mükafatı qazanan qalib şəxs istənilən uçuş tarixlərindən birini seçə bilər.
6.2.3. Qalib şəxs tərəfindən seçilmiş tarix üzrə İstanbul istiqamətində gediş-dönüş aviabiletinin dəyəri müəyyən edilir və həmin biletin dəyərinə uyğun sayda mil qalib şəxsin AZAL hesabına 10 (on) iş günü ərzində köçürülür.
6.2.4. Millərin qalib şəxsin AZAL hesabına köçürülməsi üçün qalib şəxsin müvafiq mil proqramında hesabının olması tələb olunur.
6.2.5. Millər AZAL hesabına köçürüldükdən sonra 36 (otuz altı) ay ərzində istifadə edilə bilər.
6.2.6. İstanbul istiqamətində gediş-dönüş aviabilet mükafatı qazanan qalib şəxs növbəti 6 (altı) ay ərzində millərin balansa köçürülməsi üçün lazımi proseduru tamamlamalıdır.
6.2.7. Millərin istifadəsi və aviabiletlərin millərlə rəsmiləşdirilməsi AZAL-ın müvafiq qayda və şərtlərinə uyğun olaraq həyata keçirilir.
6.3. Smart saat
6.3.1. Smart saat üzrə qalib şəxsə təqdim ediləcək konkret model və rəng Bakcell tərəfindən mövcud stok nəzərə alınmaqla müəyyən edilir.
6.4. Qulaqlıq
6.4.1. Model: Honor Choice Earbuds;
6.5. Planşet
6.5.1. Qalib şəxsə təqdim ediləcək planşet üzrə konkret model və digər texniki xüsusiyyətlər Bakcell tərəfindən mövcud stokdan asılı olaraq müəyyən edilir.
6.6. Televizor
6.6.1. Marka:TCL;
6.6.2. Qalib şəxsə təqdim ediləcək televizorun konkret modeli və digər texniki xüsusiyyətləri Bakcell tərəfindən mövcud stokdan asılı olaraq müəyyən edilir.
6.7. İnternet paketləri
6.7.1. Kampaniya çərçivəsində 1 GB, 2 GB, 5 GB və ya 20 GB həcmində internet paketi təqdim edilə bilər.
6.7.2. Hədiyyə olaraq təqdim edilən internet paketlərindən 1 GB və 2 GB həcmində olan paketlərin istifadə müddəti 1 (bir) gün, 5 GB və 20 GB həcmində olan paketlərin istifadə müddəti isə 3 (üç) gün təşkil edir.
6.7.3. İstifadə müddəti ərzində istifadə edilməmiş internet trafiki müddət başa çatdıqda ləğv edilir və növbəti müddətə keçirilmir.
7. Ödənişlər və məsuliyyət
7.1. İstifadəçiyə Çarxdan istifadə etməzdən əvvəl müvafiq ödənişin məbləği barədə məlumat verilir.
7.2. Çarxdan istifadə üçün müvafiq ödənişin uğurla həyata keçirilməsi tələb olunur.
7.3. Çarxdan istifadə edildikdən sonra həyata keçirilmiş ödənişlər, bu Şərtlər və Qaydaların 7.4-cü bəndində nəzərdə tutulmuş hallar və qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, geri qaytarılmır.
7.4. Ödəniş tutulduğu halda Çarxın texniki səbəbdən həyata keçirilməməsi və ya eyni əməliyyat üzrə təkrar ödənişin tutulması müəyyən edildikdə Bakcell məsələni araşdırır və əsaslı olduğu halda müvafiq məbləğin geri qaytarılmasını və ya düzəliş edilməsini təmin edir.
7.5. Botlardan, avtomatlaşdırılmış proqramlardan və digər texniki vasitələrdən istifadə, sistemə müdaxilə, texniki boşluqlardan sui-istifadə, saxta məlumatların təqdim edilməsi və Çarxın nəticəsinin manipulyasiya edilməsi qadağandır.
7.6. Bu Şərtlər və Qaydaların pozulması, saxtakarlıq və ya Kampaniya mexanizminə müdaxilə halları müəyyən edildikdə Bakcell istifadəçinin Kampaniyada iştirakını məhdudlaşdırmaq, müvafiq nəticəni və ya mükafatı ləğv etmək və qanunvericiliyə uyğun digər tədbirlər görmək hüququna malikdir.
7.7. Bakcell istifadəçinin cihazından, internet bağlantısından, ödəniş sistemlərindən və digər üçüncü şəxslərin xidmətlərindən irəli gələn texniki problemlərə görə məsuliyyət daşımır.
7.8. Texniki xidmət, yenilənmə, təhlükəsizlik tədbirləri, fors-major və digər əsaslı səbəblərdən Kampaniya müvəqqəti dayandırıla və ya məhdudlaşdırıla bilər.
8. Fərdi məlumatların toplanması və emalı
8.1. Abunəçi Kampaniyadan istifadə etməklə xidmətlərin təqdim edilməsi və bu Şərtlərdə göstərilən məqsədlər üçün fərdi məlumatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada toplanmasına və emal edilməsinə razılıq verir.
8.2. Toplanan və emal edilən məlumatlara aşağıdakılar daxil ola bilər:
8.2.1. telefon nömrəsi;
8.2.2. abunəçi hesabı və abunəlik məlumatları;
8.2.3. ödəniş məlumatları;
8.2.4. xidmətlərdən istifadə tarixçəsi.
8.3. Məlumatlardan xidmətlərin göstərilməsi, təhlükəsizliyin təmin edilməsi, saxtakarlığın qarşısının alınması və abunəçi təcrübəsinin yaxşılaşdırılması məqsədləri ilə istifadə edilə bilər.
8.4. Kampaniyanın həyata keçirilməsi üçün zəruri olduğu hallarda, Bakcell mükafatların təqdim edilməsi məqsədilə zəruri məlumatları qanunvericiliyin tələblərinə uyğun olaraq tərəfdaşlarla paylaşa bilər.
8.5. İstifadəçi qanunvericilikdə nəzərdə tutulmuş hallarda öz fərdi məlumatları ilə bağlı məlumat almaq, onların düzəldilməsini, yenilənməsini və ya silinməsini tələb etmək hüququna malikdir.
9. Yekun müddəalar
9.1. Bu Şərtlər və Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
9.2. Tərəflər arasında bu Şərtlərlə əlaqədar yaranan hər hansı mübahisə, fikir ayrılığı və ya tələb ilk növbədə danışıqlar və qarşılıqlı razılıq yolu ilə həll edilməyə çalışılır.
9.3. Razılıq əldə olunmadıqda mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həll edilir.
9.4. Bu Şərtlər və Qaydaların hər hansı müddəasının etibarsız hesab edilməsi digər müddəaların etibarlılığına təsir etmir.
9.5. Kampaniyada iştirak etməklə istifadəçi bu Şərtlər və Qaydaların müddəaları ilə tanış olduğunu, həmin müddəaları qəbul etdiyini və Kampaniyada iştirak etdiyi müddət ərzində bu Şərtlər və Qaydaların tələblərinə riayət etməyi öhdəsinə götürdüyünü təsdiq edir.
