İndi yüklə!
undefined tarifinin aktivləşdirilməsi üçün nömrənizin balansından undefined AZN çıxılacaq
Əməliyyat uğurla başa çatdı
₼
Əməliyyat uğurla başa çatdı
Fasiləsiz əlaqə saxlayın!
Telefonunuz söndürülmüş olsa, əhatə dairəsindən kənarda olsanız və ya Sizə zəng edən abunəçiyə dərhal cavab verə bilməsəniz belə Səsli Mesaj Xidməti baş verənlərdən xəbərdar olmanıza imkan yaradır. Səsli Mesaj Xidməti vasitəsilə Sizə zəng edən hər bir kəs Sizin üçün səsli mesaj saxlaya bilər və Siz bu mesajı nəinki mobil telefonunuzdan, hətta istənilən digər telefondan və ya rouminqdə olarkən belə dinləyə bilərsiniz.
Yeni səsli mesajınızın olması barədə dərhal xəbər tutmanız üçün Bakcell bu barədə Sizə SMS göndərəcək. Bakcell Sizə aşağıdakılardan pulsuz faydalanmağı təklif edir:
Əgər Sizin Səsli Mesaj Xidmətiniz avtomatik aktivləşdirilibsə, Siz Bakcell-dən bu barədə müvafiq SMS mesajı alacaqsınız. İndi Siz səsli mesajlarınızı həm öz telefonunuzdan, həm də istənilən başqa telefondan dinləyə bilərsiniz.
Xidməti aktivləşdirmək üçün *137#1# yığın.
Səsli Mesaj qutunuzun mesajlarını başqa telefondan dinləmək üçün öz şəxsi şifrənizi müəyyən etməlisiniz. Bunun üçün mobil nömrənizdən 7072 yığın və sistemin göstərişlərini icra edərək öz Səsli Mesaj qutunuz üçün şifrəni seçin. Şifrənin seçilməsi yalnız ev şəbəkəsi daxilində (yəni rouminqdə olarkən yox) mümkündür.
Ümumi çıxışdan Səsli Mesaj qutusuna daxil olarkən 7072 nömrəsindən, həm mesajları dinləyə, həm də Səsli Mesaj Xidmətinin seçənəklərini (şifrədən başqa) dəyişə bilərsiniz.
Xidmətin avtomatik aktivləşdirildiyi bütün abunəçilərdə vahid yönləndirmə rejimi – “zəng çatmır yaxud telefon söndürülüb” rejimi seçiləcək, yəni bütün daxil olan zənglər avtomatik Sizin Səsli Mesaj qutunuza yönləndiriləcək. Lakin Siz Səsli Mesaj Xidmətinin rejimlərini özünüzə rahat olan şəkildə dəyişdirə bilərsiniz.
Gözlənilməyən xərclərlə üzləşmənizin qarşısını almaq üçün Səsli Mesajz Xidməti rouminqdə olarkən avtomatik aktivləşdirilmir.
Buna görə də, əgər xaricdə olarkən də bu xidmətdən istifadə etmək istəyirsinizsə, onu özünüz aktivləşdirməlisiniz. Bunun üçün telefonunuzun menyusunda “Zənglərin yönləndirilməsi” bölməsində +99455800000 nömrəsini daxil edin. Yönləndirmə üçün yeni nömrə daxil olan andan telefonunuza daxil olan cavab verilməmiş bütün zənglər Sizin Səsli Mesaj qutunuza yönələcək.
Rouminqdə Səsli Mesaj Xidmətini deaktivasiya etmək üçün yönləndirməni söndürünn
İstənilən dildə aktivləşdirilmiş Səsli Mesaj Xidmətini yönləndirməsini dayandırmaq üçün telefonunuzda *137#0# yığın və ya “Zənglərin yönləndirilməsi” bölməsində yönləndirməni söndürün.
Səsli Mesaj Xidmətini aktivləşdirdikdən sonra şəxsi seçənəklərinizi seçməlisiniz, yəni standart şifrəni (onu ilkin olaraq sistem verəcək) öz şəxsi şifrənizlə əvəz etmək. Bunun üçün, mobil telefonunuzdan 7072 yığın və əsas menyudakı göstərişlərə riayət edin.